Bakıda uşaq bağçasında təhlükəli vəziyyət

11
Sen
15:00
thumb_down 0

Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq baxçasında uşaqların həyatı təhlükə altındadır.

Bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, baxçanın həyəti kanalizasiya suları altında qalıb:

"Neçə vaxtdır ki, ərazidə boru partlayıb, kanalizasiya suları uşaq baxçasının həyətinə dolub. Valideynlər və baxça rəhbərliyi dəfələrlə müvafiq qurumlara şikayət etsələr də, baxan yoxdur. Antisanitar vəziyyət baş alıb gedir, azyaşlıların həyatı ciddi təhlükə altındadır".

Məsələ barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Bakıda uşaq bağçasında təhlükəli vəziyyət

Bakıda uşaq bağçasında təhlükəli vəziyyət