Eynşteynin tarixin gedişatını dəyişən məktubu hərracda fantastik qiymətə satıldı

12
Sen
06:35
thumb_down 0

Dünyanın ən tanınmış fiziki Albert Eynşteynin ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə (prezidentlik illəri 1933-1945) məktubu "Christie's" hərracında 3.992 milyon dollara satılıb.

seher.media-ın verdiyi məlumata görə, müvafiq məlumat hərrac evinin saytında dərc edilib.

Qeyd olunub ki, əvvəlcə sənəd 4-6 milyon dollar dəyərində qiymətləndirilirdi.

Məlumata görə, 2 avqust 1939-cu il tarixli məktubda alim nasist Almaniyasının nüvə proqramı üzərində işlədiyi barədə yazıb. O, almanların son dərəcə güclü bombalar yaratmağa cəhd edə biləcəyini ehtimal edib.

Məktub Eynşteynin ABŞ prezidentinə müraciətinin orijinal variantıdır - alim onu alman dilində diktə edib. Daha sonra Eynşteynin tələbəsi, macar fiziki Leo Silard onu ingilis dilinə tərcümə edib və məktubun genişləndirilmiş versiyasını hazırlayaraq Ruzveltə göndərib.

Bu versiya 1945-ci ildən Nyu-Yorkda Franklin Ruzvelt adına kitabxanada saxlanılır.

Fizik tərəfindən imzalanan və Silard tərəfindən saxlanılan məktubun qısa versiyası kolleksionerin əlinə düşüb, sənədin son sahibi "Microsoft"un 2018-ci ildə vəfat etmiş həmtəsisçisi Pol Allen olub.