Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edənlər saxlanılıblar

12
Sen
09:00
thumb_down 0

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan seher.media-a verilən məlumata görə, VAZ-2104 markalı avtomobilin sürücüsü Elçin Abdullayev və VAZ-2106-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara "saxla" işarəsi verilib.

Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçiriliblər.

Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.