Mingəçevirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

12
Sen
18:00
thumb_down 0

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada ölüb.

"Report"un məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 2-də Mingəçevir şəhərində yolu keçmək istəyən Ş.Ağayevi avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.