Bakının hansı küçələrində sıxlıq var? - 13.09.2024

13
Sen
08:35
thumb_down 0

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

seher.media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.