Azərbaycanda əhalinin sayı açıqlanıb

13
Sen
17:00
thumb_down 0

Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 204 247 nəfərə çatıb.

seher.media xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir.

Məlumatlara görə, ümumi əhalinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.