Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək

14
Sen
10:35
thumb_down 0

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

seher.media xəbər verir ki, Şamaxı stadionunda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 16:30-da başlayacaq.

Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" doğma divarlar arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

14 sentyabr

16:30. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.

"Azərsun Arena"