Qobustanda ov tüfəngləri aşkar edildi

22
Sen
19:00
thumb_down 0

Qobustanda ov tüfəngləri aşkar edilib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 8 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.