Kişi müəllimləri niyə təhsildən uzaqlaşdırılır?!

23
Sen
13:12
thumb_down 0

Təhsildə yaranan və ya süni şəkildə yaradılan boşluqlardan hər birimiz məlumatlıyıq. Son zamanlar ən çox nəzər nöqtəmə tuş gələn bir məqam var ki, məktəblərdə kişi müəllimlərin sayı kəskin azalıb. Bu bizim gələcək nəsil olan oğul övladlarımızın təlim-tərbiyəsində mühüm rol oynayır. Çünki, uşaq düşdüyü mühitdə formalaşır. 11 il məktəbə təpik döyən oğlan uşağı bütün dərslərdə qadın müəllim, hazırlıqlarda qadın müəllim, kurslar və s. təhsilə bağlı məkanlarda 99% qadın müəllimlərlə təmasda olur. Təhsil illərini yalnız qadın müəllimlərin əhatəsində keçirən yeniyetmə oğlan uşaqları get gedə incələşirlər.

Təxmini 10-15 il öncəyə nəzər salsaq, kişi müəllimləri daha çox idi. İstər direktor, istər təlim-tərbiyə işləri üzrə müavin, idman, əmək müəllimləri ilə yanaşı riyaziyyat, fizika, kimya, xarici dil, tarix və s. fənnlər üzrə də məktəblərdə kişi müəllimlər fəaliyyət göstərirdi ki, bizlər o tədris illərinin yetişdirmələriyik.

Əfsuslar olsun ki, artıq o tədris illəri tarixə qovuşub.

“SƏHƏRMEDİA” xəbər portalı olaraq, ümid edirik ki, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq.

Məsələ diqqətimizdədir, mövzuya qayıdacağıq.

Təsisçi direktor: ZAUR QAFAROV