Azərbaycanda sentyabrın 23-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.
seher.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi Naxçıvan, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Balakən, Xınalıq, Şahdağ, Altıağac, Qəbələ, Kürdəmir, Ceyrançöl, Salyanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
seher.media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirir ki, sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, bəzi rayonlara yağış, dolu düşüb.
Bildirilib ki, Qazax rayonunun Alpout, Dəmirçilər, Ürkməzli, Çaylı, Ortasalahlı, Aşağısalahlı və Qazaxbəyli, Daşsalahlı kəndlərinə qısamüddətli yağış yağıb, dolu düşüb, dolunun diametri təxminən 10-15 mm olub.