Sevda Əliqızı: "Yeni çıxan bəzi "mügənniləri" bu sənətdən saymıram!" VİDEO

24
Sen
16:45
thumb_down 0

Rzayeva Sevda Əli qızı. 1959-cu il 2 iyul tarixində Bakıda İçərişəhərdə dünyaya gəlib. İlk təhsilini Bakıda alan Sevda sonradan müsiqi təhsilinə yiyələnib. Rübabə Muradova ilə ailə dostları olduğu üçün tez tez evlərində qonaq olan Rübabə xanım balaca Sevdanın müsiqiyə həvəsinin olduğunu görərək ona istiqamət göstərməyə başlayıb. Beləcə Sevda müsiqiyə olan bağlılığını ortaya qoyaraq təhsilini İncəsənət universitetində davam etdirib. Lakin, Rübabə xanım Sevdanı tək buraxmayıb. İlk müəllimi olduğu kimi ilk dəfə sənət meydanına da Sevda xanımı o təqdim edib. Daha sonralar “Xalq çalğı alətləri” ansanbılında Baba Salahovun rəhbərliyi ilə solist olaraq çalışmağa başlayıb.

Bir müddər yaradıcılığına tək davam edən müğənni duet ortaqları ilə ifa etdiyi müsiqilərlə də yadda qalıb. Ağadadaş Ağayev, Niyaməddin Musayevlə iş birlikləri olsada ən uzun müddətli duet ortağı Səməd Səmədov olmuşdur.

Uzun illər sənətdə mahnıları ilə möhür vuran Sevda Əliqızı bir müddət öncə əziyyət çəkdiyi xərçəng xəstəliyindən müalicə aldığı üçün efirlərdən uzaq düşsə də artıq sənətini davam etdirir.