Bəzi məktəblərdə oktyabr ayında qeyd olunacaq “Müəllimlər Günü”-nə pul yığımına başlanılıb. Bu məktəblərin nəzarətsiz qalması kimi qiymətləndirilə bilməz. Çünki, ən azı məktəbi idarə etmək üçün təyin olunan direktor vəzifəsində bir şəxs var. Deməli, bu şəxsin icazəsi olmadan məktəbdə hər hansısa bir hadisə cərəyan edə bilməz. Nəzərə alsaq ki, bir sinifdə orta hesabla 20 şagird olur, hər biri 20-50 manar arası pul verdikdə bir məktəb üçün kifayət qədər böyük məbləğ alınır. İbtidai siniflərdə və ya böyük siniflərdə yığılan vəsaitlə məktəb direktorları özlərinə nəinki maşın, bu “planla” davam etsələr şəxsi təyyarədə ala bilərlər.
Düşünəndə belə insan gərginləşir ki, bu təhsilin vəziyyəti hara gedir. Bərbad təhsilin gülən üzü yalnız bayram ərəfələrində olur. Mənfəət güdən direktor özünə “köməkçi” seçdiyi əlaltısının köməyi ilə sinif rəhbərlərinə “yol göstərir”, onlar da zəli kimi düşürlər valideynlərin canına.
Tədris ilini keyfiyyətsiz metodika ilə 9 ay boyunca uşaqlara yalnız gəlir, valideynlərə isə “pul maşını” kimi baxmaq olmaz.
Regional Təsil İdarələri bina nəzarəti gücləndirməlidir deyə düşünürəm. Təbii ki, özlərinə mənfəət güdmürlərsə.
Baş Redaktor: SONA İNTİZAR