Təhsilin səviyyəsi o günlərə çatdı ki, Mirzə Ələkbər Sabir demişkən :
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...
Məktəbdə tədris olunan fənnlərin əlavəsi kimi uşaqlarımızı “mütləq qaydada” repititor yanına qoyuruq. Vurğuladığım kimi “MÜTLƏQ QAYDADA”. Çünki müəllim özü uşağı və valideyni məcbur edir ki, uşaq məhz onun yanına hazırlığa getsin. Yalnız onun yanına hazırlığa gedən uşaqlarla dərsdə maraqlanır, onlarla sual-cavab edir, test edir, dolayısıyla hazırlıq üstə hazırlıq keçir. Digər uşaqlar da məcbur qalıb ya evdə valideyni hazırlığa getməsi üçün razılığa gətirir, ya da dərsdən yayınır. Bununla da məhv olur uşaq.
Dərsdə 45 dəqiqə ərzində uşaqların dərs vaxtında heç bir şeylə maraqlanmayan və ya maraqlanmaq istəməyən “müəllim” təbii ki, uşağı hazırlığa sövq edəcək və ona “YERİYƏN PUL” kimi baxacaq.
Bunu isə müəllim özbaşına edə bilməz. Bəllidir ki, buna şəraiti məktəb direktorları yaradır. Elə ona görə də, təhsilin səviyyəsi məktəblərdə yerlə sürünür, müəllim qapılarında isə növbədir.