Təhsil ocaqlarında son günlər direktorların rüşvət alaraq bəzi şagirdlərin məktəbə gəlməməsi halları çoxalıb. Bir çox məktəblərdə yaşanan bu hal yalnız direktorların cibinə xidmət edir. Bəs görəsən Regional Təhsil İdarəsinin məktəb direktorlarının işbazlıqlarından xəbəri varmı?
Təhsildən direktorun cibinə pul dolsun deyə yayındırılan şagirdlər bəs il sonu imtahanları nəyin hesabına verirlər? Yoxsa onun üçün də mi, məktəb direktorlarını ayrıca görüm-baxım etmək lazım olur?
Redaksiyamıza bu məsələ ilə bağlı Bakı, Abşeron, Sumqayıt və ətraf rayonlardan valideynlər tərəfindən məlumatlar daxil olub. Araşdırmalarımız davam edir və bu barədə saytımızda ətraflı yazı dərc edəcəyik.
“SəhərMedia” xəbər portalı olaraq, Rayon Təhsil Sektorlarından, Regional Təhsil İdarələrindən və ən başlıcası Elm və Təhsil Nazirliyindən bu faktları araşdırmalarını xahiş edirik.
Məsələ diqqətimizdədir.
Zaur Qafarov