Məktəblərdə niyə fənnlər tədris olunmur? Nə üçün müəllimlər 45 dəqiqə ərzində təyin olunan dərs vaxtını adiyyatı üzrə yox, uşaqları təhsilə cəlb etmək üçün yox, dərs saatından səmərəli istifadə etmək üçün yox, məhz özləri də dincəlsin deyə istifadə edirlər. Axı dərs vaxtı şagirdin məktəb dəhlizlərində, pilləkən ətrafında, məktəb bufetlərində nə işi ola bilər..?
Əl telefonlarında istifadə edən şagirdlər müəllimlərin vəzifəsinin öhdəsindən layiqincə gəlmədiklərinin bariz nümunəsidir. Adətən, müəllim bəhanə gətirərək qeyd edir ki, UŞAĞA TELEFONU VALİDEYN VERİR.
Pandemiya dövründə telefona öyrədilən şagird əslində məktəb vaxtı müəllimin və məktəb rəhbərliyinin öhdəliyindədir.
Direktor, təlim-tərbiyə işləri üzrə müavin və sinif rəhbərləri tərəfindən boş buraxılan şagirdlər artıq təhsildən kifayət qədər uzaqlaşdırılıb. Məktəbin sütunları olan şagirdlər artıq boş buraxılır. Regional təhsil idarələrindən gələn yoxlamalar isə hansısa yollarla aldadılır və ya onlara da “hörmət” edilir deyə susurlar.
SONA İNTİZAR