Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.
seher.media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.
Bildirilib ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Əhməd Vəfa ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib olmuşdu.