UEFA Avropa Liqasının 3-cü turunda "Mançester Yunayted"i qəbul edəcək "Fənərbağça" matçda qara sarğı ilə oynayacaq.
seher.media xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Məlumata görə, İstanbul klubu TUSAŞ-da törədilən terror aktında həlak olanların xatirəsini yad edəcək.
Xatırladaq ki, terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.