Ruhiyyə Tağıyevanın məktəbində şagirdlərin kütləvi çıxması - İDDİA

25
Okt
16:01
thumb_down 0

Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə təhsildən geri qalan şagirdlər valideynləri tərəfindən məktəbdən çıxarılıb. Artıq kütləvi hal alan bu neqativ məsələ 294 saylı tam orta məktəbin nəzarətsiz qalmasının, habelə rəhbəri olan Ruhiyyə Tağıyevanın idarə etdiyi məktəbdə baş verən müəllimlərin davamiyyətsizliyi, Azərbaycan dili fənni, Riyaziyyat fənni üzrə müəllim çatışmamazlığı məktəbdə təhsil səviyyəsinin aşağı düşməsi artıq şikayətçi olan valideynləri çarəsiz halda buraxıb və narazı şagird və valideynlər çıxış yolunu təhsil ocağını dəyişməkdə görürlər.

Müəllim çatışmamazlığını bəhanə gətirərək şagirdləri hazırlığa cəlb etmə üsulu bu məktəbin sanki iş prinsipidir. Bəs bu cür idarəetmə halları varsa, niyə Bakı Təhsil idarəsi hələ də Ruhiyyə Tağıyevanı bu kürsüdə saxlayır?! Müəllimlərlə və məktəbin neqativ hallarının çoxluğu ilə bağlı redaksiyaya daxil olan valideyn şikayəti deyəsən 294 saylı tam orta məktəbin direktorunu heç maraqlandırmır.

Əldə etdiyimiz məlumata əsasən qeyd etmək istərdik ki, məktəb də uşaqların təhsildən yayındırma halları direktor Ruhiyyə Tağıyevanın "biznesinə" hesablanıb. Belə ki, dərsə gəlməyən uşaqlar üçün valideynlər mütləq direktoru görüm baxım etməlidirlər. Bəs görəsən Ruhiyyə Tağıyeva şagirdlərin dərsə davamiyyətini Qaradağ Təhsil sektoruna və Bakı şəhər Təhsil İdarəsinə, eləcə də, Elm və Təhsil Nazirliyinə necə izah edir?! Elm və Təhsil Nazirliyində bu məsələ ilə bağlı ciddi araşdırma aparmalarını xahiş edirik. Çünki, bilavasitə təhsilin zəifləməsinə səbəb olan arqumentlərdən biridir. Ruhiyyə Tağıyeva 294 saylı məktəbə direktor təyin olunanda məqsədi nə idi, uşaqları təhsildən kənarlaşdırmaq, yoxsa təhsilə cəlb etmək? 

Daxil olan şikayətlərə nəzər salanda aydın görünür ki, direktor yalnız öz mənfəətini düşünür.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün məktəbin əlaqə nömrəsi ilə əlaqə saxlasaq da, şikayəti dinləmədən direktor dəstəyi asdı. Bu addımı ilə özü də bilmədən bütün neqativ halları təsdiqləmiş oldu.

Qaradağ məktəblərindən biri olan 294 saylı tam orta məktəbin fəaliyyətinin, direktorun zəif idarəetmə və müəllimlərin hazırlığa cəlb etmə hallarının araşdırılması üçün Qaradağ Təhsil sektorundan, Bakı Təhsil İdarəsindən, Elm və Təhsil Nazirliyindən xahiş edirik.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir, mövzuya qayıdacağıq.

İstinad mütləqdir!

Baş redaktor: Sona İntizar