Amerika Birləşmiş Ştatlarında çap olunan və nüfuzunu dünya miqyasında qoruyan “Fortune” jurnalı, Veysəloğlu Şirkətlər Qrupunun yaradıcısı və baş icraçı direktoru Aydın Talıbovla olan eksklüziv müsahibəsini oxuculara təqdim edib. Qeyd edək ki, Azərbaycana həsr edilən jurnalın xüsusi buraxılışını biznes və siyasət dünyasının ön cəbhəsində yer alan liderlərlə üz-üzə söhbətlər aparan, iqtisadi-siyasi mənzərələr üzrə dərin təhlillər təqdim edən “REO Communication” adlı beynəlxalq media qurumu hazırlayıb.
“Azərbaycan pərakəndə sənayesində yeniliyin lideri” başlığı altında yayımlanan müsahibədə “Veysəloğlu”, otuz ildən çox bir müddətdir ki, Azərbaycanın sürətlə inkişaf edən pərakəndə sahəsində ixtisaslaşmış bir şirkət kimi təqdim olunur. Aydın Talıbov müsahibədə rəhbərlik etdiyi biznesin 30 illik “yol xəritəsi”ni qısa bir ekskursla izah edir.
Hazırda pərakəndə, istehsalat, logistika və distribusiya sahələri üzrə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupunun əsasının 1994-cü ildə qoyulduğunu və ilk altı il ərzində yalnız qonşu Türkiyədən mal tədarük etdiklərini qeyd edən Aydın Talıbov, Şirkətlər Qrupunun 2000-ci ildən başlayaraq istehsalat sahəsinə “Ulduz” fabriki ilə daxil olduğunu, hazırda Azərbaycanın iki məşhur mineral su brendinin istehsalında rol oynadıqlarından bəhs edir: “Təhlükəsizlik və keyfiyyət standartlarını artırmaq məqsədilə “Ulduz” fabriki 2024-cü ildən başlayaraq Qrupun bütün şirkətlərinə qida və qeyri-qida sahələri üzrə xidmət göstərən mikrobioloji laboratoriyasının istifadəyə verib”.
İqtisadiyyatın inkişafında pərakəndə sektorun xüsusi əhəmiyyətini diqqət çəkən Aydın Talıbov, Şirkətlər Qrupunun yerli bizneslərin inkişafına verdiyi töhfədən bəhs edib: “Bizim fokuslandığımız əsas istiqamətlərdən biri olan pərakəndə sənayəsi qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biridir. Biz gündəlik tələbat mallarının satışı üzrə ixtisaslaşmışıq. Pərakəndə sektor üçün şəbəkə marketlər və onun logistikasını inkişaf etdirmişik. Yerli istehsalı dəstəkləmək üçün tələb olunan malların daxili istehsalçılardan alınmasına üstünlük veririk. Məsələn, kənd təsərrüfatı mallarını birbaşa fermərlərin özündən alırıq ki, bu da həmin sahənin inkişafına səbəb olur. Bunun üçün onlara illik tələbat planlarımızı təqdim edirik. Bəzi spesifik sahələr üzrə tələbatlar qarşılana bilmədiyi üçün həmin istiqamətlərin inkişafı ilə özümüz məşğul oluruq. Bura şokolad və ün məmulatlarının istehsalını aid etmək olar”.
Jurnal 2015-ci ildə ölkənin pərakəndə sektorda baş verən çağırışların şirkətin inkişafında və işçi sayının kəskin artımında böyük dönüş yaratmasına diqqət yönəldir. Həmin dövrdən bəhs edən Aydın Talıbov bazarda kəskin artan istehlakçı tələbatı distribusiya sahəsinin və şəbəkə marketlərin sürətli inkişafına səbəb olduğunu vurğulayır: “Hazırda şəbəkə marketlər pərakəndə sektorun 30 faizini əhatə edir. Bizim eyni zamanda Azərbaycanda 200-dən çox marketi olan “SPAR Beynəlxalq” brendi ilə çox yaxşı işgüzar münasibətlərimiz mövcuddur. Hər il “SPAR”ın təşkil etdiyi beynəlxalq tədbirlərdə yaxından iştirak edirik”.
Aydın Talıbov eyni zamanda şirkətin İnformasiya Texnologiyaları sahəsində əldə etdiyi uğurlar və planlardan da danışıb: “Şirkətin müasir informasiya texnologiyalarına inteqrasiyası uğurla davam edir. Şirkətlərimiz o cümlədən SAP proqram təminatına keçid edir və süni intellektin inkişafından istifadə məqsədi ilə xüsusi qrup yaratmışıq. Biz eyni zamanda şirkətlər qrupuna aid İT şirkətinin yaranma prosesinə başlamışıq”.
Beynəlxalq nəşr Veysəloğlu Şirkətlər Qrupunun ekoloji davamlılığa doğru attığı mühüm addımlardan biri olan çoxtemperatorlu yük avtomobilləri ilə bağlı həyata keçirilən layihənin ölkənin “yaşıl iqtisadiyyatına” verdiği töhfəni önə çıxarıb. Bu xüsusda Aydın Talıbov qeyd edib ki, Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılıq istiqamətində mühüm addım ataraq 63 çox temperaturlu yük maşınını istifadəyə verib: 'Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir”.
Müsahibədə Veysəloğlu Şirkətlər Qrupunun qadınların məşğulluğuna xüsusi diqqət ayırdığı vurğulanır. “Qonşu marketçilik” konsepti ilə fəaliyyət göstərən Qrupa aid şirkətlərdən birinin CEO-su xanım olması da nümunə kimi göstərilir. Qeyd olunur ki, qeyri-neft sektorunda ən iri işəgötürənlərdən biri olan Şirkətlər Qrupu, ədalətli işə qəbul və karyera imkanları yaratmağa, daha inklüziv bir iş mühiti təmin etməyə çalışır.
Şirkətin idarəetmə sahəsində əldə etdiyi uğurlardan söz açan Aydın Talıbov 2022-2023-cü illərdə Veysəloğlu Şirkətlər Qrupunun “Deloitte” tərəfindən təşkil olunan beynəlxalq yarışmada ardıcıl olaraq iki dəfə “Best Managed Company” mükafatına layiq görüldüyünü də nəzərə çatdırıb.
“Fortune” jurnalı haqqında qısa məlumat "Fortune", 1929-cu ildə Henry Luce tərəfindən təsis edilib. İqtisadiyyat, iş dünyası, liderlik, texnologiya, innovasiya və investisiya sahələrində dəyərli məqalələr və araşdırmalar dərc edən dünyaca məşhur biznes jurnalıdır. "Fortune 500" siyahısı ilə məşhurlaşan bu nəşr, iş dünyasının ən nüfuzlu mənbələrindən biri hesab olunur.
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovla özəl müsahibə yayımladı
25
Okt
17:21
thumb_up
1
thumb_down
0