"Qalatasaray" Yunus Akgünün maaşını ikiqat artıracaq

26
Okt
00:00
thumb_down 0

"Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni uzatmaq və maaşını ikiqat artırmaq istəyir.

seher.media xəbər verir ki, İstanbul təmsilçisi yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq.

"Qalatasaray"ın təklifində oyunçunun maaşının illik 5 milyon avroya artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Yunus bu mövsüm 13 oyunda 5 qol vurub. 24 yaşlı vingerin müqaviləsi 2026-cı ilin yayına kimidir.