Son vaxtlar onlayn sifarişlər rahatlığımızın bir yoluna çevrilmişdir. Rahat şəkildə məhsula baxıb, istədiyimizi sifariş verə bilirik. Lakin, əmması var...
Bu sürətli seçilən məhsulun çatdırılması ilə məşğul olan şirkətlər son illər artıb. Artım isə keyfiyyətə zidd anlayışdır. Xidmət səviyyəsinin yüksək aparılmasına deyil, əksinə dolandırıcılıqla müştəriləri təngə gətirən çatdırılma şirkətləridə var. Hansı ki, "qaynar xətt" deyə istifadə üçün qeyd etdiyi əlaqə nömrəsinin sayğacı özündən operativ çalışır. Xəttin qeyri peşəkar xidməti bir yana, müştərinin suallarını doğru cavablandırmaması və habelə bağlamanın "yoxa çıxması" səriştəsizlikdən başqa bir ada uyğun gəlmir.
StarexGlobal - artıq xidməti ilə deyil, qeyri peşəkar çatdırılma şirkəti olaraq, çoxsaylı şikayətçilərin qəzəbinə tuş gəlir.
Növbəti şikayətçi İlkin Əhmədoğlunun facebook hesabında son paylaşımında qeyd etdiklərini olduğu kimi təqdim edirik:
Starexglobal.az çağrı xidmətiniz insanlara yardım edə bilməyəcəkdirsə onu yaratmağınız axmaqlıqdan başqa bir şey deyil.
Saatlarla insanları növbədə gözlətməyiniz azmış kimi hələ bu yolla da onların konturlarını mənsimsəməyiniz sizin nə dərəcədə aşağı səviyyəli şirkət olduğunun göstəricisidir.
Robotun xəttə olduğumuz növbəni maqnitafonun əzilmiş lenti kimi deməsi, Eldar Mansurovun - Bayatılar musiqisinin buna görə gah bir tonal aşağıdan gah bir tonal yuxarıdan ifa olunması buna sübutdur. Robotun nə deməsi eşidilmir. Mən anlamıram siz kiçik bir şeyi həll edə bilmirsinizsə camaatın bağlamasını necə onlara çatdırırsınız ? Çatdırırsınızmı ? Sual bundandır!
Artıq az qala 2 həftədir bağlamam trendyolda “Sizə təhvil verilib” yazsa da sizdən nə bir xəbər var, nə bir hərəkət. Siz işləyirsinizmi ? Və ya işləmək istəyirsinizmi?
Əməkdaşlarınıza sual verəndə marsdan gəlmiş kimi, özlərinin heç nədən xəbəri yoxmuş kimi aparmalı bizləri qıcıq edir. Tək mən operatora bağlanmaq üçün 4,50 qəpik pul xərcləmişəm. Siz məzələnirsiniz?Yoxsa bu yolla pul qazanırsınız ? Gözləmədən və danışıqdan asılı olmayaraq yetkil tarix qoyulmalıdır 0,50 və ya 1 manat. 4,50 nədi ? Mənim kimi hər gün sizə 100 nəfər zəng etmək üçün xəttə gözləsə ən azı gündəlik 400-500 bəlkə də 1000 manat pul qazanırsınız. Operatora qoşulanda da heç bir köməyi olmur, yardım edə bilmir. Elədirsə qaynar xəttiniz niyə var ?
Bunu ona görə ictiaməytə çıxardıram ki, hər kəs sizin nə qədər sərişdəsiz və məsuliyyətsiz şirkət olduğunuzu görüb başqa şirkətlərdən istifadə etsinlər.