228 saylı məktəb pul verməyən şagirdləri cəzalandırır?! - FOTO

28
Okt
14:34
thumb_down 26

Qaradağ rayon Sahil qəsəbəsində yerləşən 228 saylı tam orta məktəbdən "SəhərMedia" xəbər portalının redaksiyasına valideyn şikayətləri daxil olmaqdadır.

Daxil olan şikayətdə valideyn tələb olunan pulu vermədiyi üçün hətta uşağının direktorun tapşırığı ilə sinif rəhbəri Maisa müəllim zibil qutusunun yanında əyləşdirərək deyib ki, "SƏNİN YERİN BURADIR". Bununla da, bəs etməyən sinif rəhbəri görmə zəifliyi olan şagirdi cəza olaraq ən son partada əyləşdirib. İddiaya görə valideyn qruplarında kart hesabı paylaşılaraq, məktəbin təmir, fond, A4, marker, müəllim günü və s. məqsədlər üçün pul yığmağa başlayan müəllimlər direktorun göstərişini yerinə yetirdiklərini bildiriblər. Hətta valideyn qrupunda məktəbin təlim tərbiyə üzrə müavini Samirə xanımda valideyn kimi yer alır.

A4, marker, fond, təmir və digər məqsədlər üçün yığılan pullarla bağlı qarşı tərəf kimi sözügedən 228 saylı tam orta məktəbin direktoru Səkinə xanımdan qarşı tərəf kimi məsələyə münasibət bildirməsini xahiş etdikdə isə, cavab olaraq:"BU ADİ HALDIR, HƏR MƏKTƏBDƏ VAR, PROKURORLUQ ÖZÜ GƏLSİN BAXSIN" deyə bildirdi. 

Bu qədər arxayınlıqla fikir bildirən və neqativ halları təkzib etməyən direktor yığılan pullara görə daşıdığı məsuliyyətdən sanki xəbərsizdir. 

Nəzərinizə çatdırmaq istərdik ki, bu çirkaba bulaşan Qaradağ məktəblərindən "SəhərMedia" xəbər portalının redaksiyasına şikayətlər daxil olmaqdadır.

Məktəblərdə ayaq açıb yeriyən korrupsiya faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və Elm və Təhsil Nazirliyindən məsələyə hüquqi qiymət vermələrini və pul yığımının can fəşanlıq göstərən bu cür məktəb direktorlarını cəzalandırmalarını xahiş edirik. 

Məsələ diqqətimizdədir.

Baş redaktor: Sona İntizar