Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilib

30
Okt
20:07
thumb_down 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb.

İdarədən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər oktyabrın 29-dan noyabrın 7-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər vakant yerlər barədə məlumatla elan vasitəsilə tanış ola bilərlər.