"Bu, yalnız mənim deyil, bütün komandanın qələbəsidir. Bu, tarixlə dolu bir yarış oldu".
seher.media xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.
Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qalib olan Əzizli Hava Limanında qarşılama zamanı qələbəsini şərh edib. Dördqat dünya çempionu bildirib ki, bundan sonra da dayanmaq istəmir:
"Bundan sonrakı hədəfim 5-ci dünya çempionluğudur. Bütün məşqçilərimə minnətdarlığımı bildirirəm. Biz, aysberqin görünən tərəfiyik. İşin görünməyən tərəfində duran həm bizim şəxsi məşqçilərimiz, həm klub, həm də yığma komandanın məşqçiləri var".
Qeyd edək ki, mundialda 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Anar Həsənov