FÜZULİ TƏHSİL ŞÖBƏSİ - RAMELLA MƏMMƏDOVA HƏBS OLUNAN jurnalistləri misal gətirərək ...

1
Noy
19:16
thumb_down 0

22.10.2024-cü ildə “SəhərMedia” xəbər portalına daxil olan şikayətə əsasən 30.10.2024-ci il tarixində ictimailəşdirdiyimiz “Füzuli Təhsil şöbəsinin rəhbəri Ramella Məmmədovanın korrupsiya əməlləri –İDDİA” başlıqlı xəbərimiz müxtəlif saytlarda, şəxsi səhifələrdə və digər sosial şəbəkələrdə bizim redaksiyaya daxil olmuş və tərəfimizdən şikayətə və iddiaya əsaslanaraq, ictimailəşdirdiyimiz xəbəri tirajlamışlar.

Nəzərə çatdırmaq istərdik ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, müəyyən məmur və səlahiyyətlərindən sui istifadə hallarına yol verən insanların törətdikləri əməlləri işıqlandırırıq. Biz sözügedən xəbəri ictimailəşdirməmişdən öncə qarşı tərəf kimi Ramella xanımla əlaqə yaratmışıq və xəbərin sonunda qarşı tərəfin məsələ ilə bağlı mövqeyini işıqlandırmışıq.  

Ramella Məmmədova öz açıqlamasında bildirmişdir ki: “İddia əsassızdır və həqiqəti əks etdirmir”.

Qarşı tərəfin bu günlərdə də bizə təzyiqləri bitmir. Baxmayaraq ki, xəbər iddia əsasında saytımızda işıqlandırılmışdır, digər media nümayəndələri öz social hesablarında məsələni istinadlı və ya istinadsız olaraq yaydıqlarına görə məsuliyyəti biz daşımırıq.

Qarşı tərəf, Ramella xanım bizə zəng edərək, Daxili İşlər Nazirliyi, məhkəmə orqanları ilə, həbs olunan digər jurnalistləri misal gətirərək hədə qorxu gəlir.

“SəhərMedia” xəbər portalında ictimailəşən yazının sonunda da qeyd etdiyimiz kimi yenidən Elm vı Təhsil Nazirliyindən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən bizə daxil olan şikayətdə göstərilən əməllərin araşdırılması üçün ciddi tədbir görmələrini xahiş edirik.

Qeyd edək ki, şikayətçi Asya Abbasova bizimlə əlaqə saxlayaraq, ona da qarşı tərəf Ramella xanım tərəfindən təzyiqlər olduğunu bildirib.

Məsələ diqqətimizdədir.