İPL: "Liverpul"dan qələbə, "Mançester Siti" uduzdu

2
Noy
21:35
thumb_down 0

İngiltərə Premyer Liqasının 10 turunda aparıcı klubların matçları başa çatıb.

seher.media xəbər verir ki, "Enfild"də "Brayton"u qəbul edən "Liverpul" azarkeşlərini sevindirib.

Oyunda hesabı Kadıoğlunun qolu ilə qonaqlar açsalar da, Qakpo və Salahın üç dəqiqə (69, 72) ərzində vurduqları dəqiq zərbələr meydan sahiblərinə üç xalı qazandırıb - 2:1.

"Mançester Siti" isə fanatlarını məyus edib. Son çempion "Bornmut"la səfər matçında sahədən məğlub ayrılıb. "Şəhərlilər" qapılarından iki qol buraxıb və bunlardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.

Qeyd edək ki, bu nəticələrdən sonra "Liverpul" yarışa başçılıq edir. "Mersisaydlılar" 25 xalla ilk pillədə qərarlaşıblar. İkinci sırada olan Pep Qvardiolanın yetirmələri isə onları 23 xalla təqib edirlər.

"Brayton" 16 xalla 7-ci, "Bornmut" 15 xalla 8-ci yerdədir.