Ağstafada 41 yaşlı qadın itkin düşüb.
seher.media xəbər verir ki, Ağstafa rayonunun Poylu kənd sakini, 1983-cü il təvəllüdlü Leyla Mürşüd qızı Əlləzova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 147 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli şalvar, ağ rəngli köynək, tünd qəhvəyi gödəkçə, qara rəngli ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Ağstafa Rayon Polis Şöbəsinin (022) 225-25-52 şəhər və 050-557-57-82 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.