İrem Poyraz: "Azərbaycanda keçirilən COP29-a böyük önəm veririk"

16
Noy
19:00
thumb_down 0

"Azərbaycanda keçirilən COP29-a böyük önəm veririk".

seher.media xəbər verir ki, bunu "Trendyol" Qrupunun Korporativ Kommunikasiyalar üzrə direktoru İrem Poyraz bildirib.

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) məhz Bakıda keçirilməsinin bizim üçün xüsusi önəmi var. Biz iqlim dəyişikliyinin yaratdığı çətinliklərin həlli üçün göstərilən qlobal səyləri dəstəkləyirik.

"Birlikdə dəyişim" prinsipimizi bütün ekosistemimizə yaymağı hədəfləyir və müsbət təsirimizi başda Azərbaycan olmaqla fəaliyyət göstərdiyimiz bütün ölkələrdə artırmaq niyyətindəyik. Daha yaxşı gələcək üçün davamlı həllər tapmaqda üzərimizə düşən rolu icra etməyə hazırıq", - deyə İrem Poyraz qeyd edib.

"Bura bizim ikinci vətənimizdir. Özümüzü evimizdəki kimi hiss edirik. Mədəniyyətlərimiz, düşüncəmiz eynidir. Bizim üçün Azərbaycanın isti münasibəti, sevgisi çox önəmlidir", - o fikirlərini yekunlasdırib.

Xanım Aydın