UEFA Millətlər Liqası: Almaniya və Niderlanddan heç-heçə, Türkiyə uduzdu

20
Noy
02:00
thumb_down 0

UEFA Millətlər Liqasının qrup mərhələsinə yekun vurulub.

seher.media xəbər verir ki, son oyun günündə Türkiyə millisi səfərdə Monteneqro yığması ilə qarşılaşıb.

Ay-ulduzlu komanda məğlub olaraq, A liqasına birbaşa vəsiqə qazanmaq şansını əldən verib - 3:1.

Paralel matçda Uels İslandiyanı məğlub edərək, qrup lideri kimi növbəti mövsümdə A liqasında oynamaq imkanı qazanıb - 4:1.

Belə ki, bu nəticələrdən sonra Uels 12 xalla ilk pillədə qərarlaşıb. Türkiyə isə 11 xalla ikinci olub.

Digər görüşlərdə Bosniya və Herseqovina Niderlandla, Macarıstan Almaniya ilə sülh bağlayıb - 1:1.

Ukrayna səfərdə Albaniyanı (1:2), Çexiya evdə Gürcüstanı (2:1) məğlub edib. Slovakiya minimal hesabla Estoniyaya qalib gəlib - 1:0. Malta - Andorra matçında isə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, daha öncədən məlum olduğu kimi Portuqaliya, Xorvatiya, Fransa, İtaliya, İspaniya, Danimarka, Almaniya və Niderland turnirin 1/4 final mərhələsinə yüksəliblər.