Tovuzda ər arvadı bıçaqlayıb

21
Okt
13:36
thumb_down 0
459
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ bazunun kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.