İslandiyada TƏHLÜKƏ: Bir qəsəbənin sakinləri təxliyə edildilər - VİDEO

22
Noy
12:54
thumb_down 0
168
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslandiyalı Qrindavik qəsəbəsinin dörd min sakini təcili təxliyə edilib.

Belə ki, qəsəbənin yerləşdiyi Reykyanes yarımadasında güclü vulkan püskürməsi gözlənilir.

Artıq Qrindavik qəsəbəsində asfaltda kütləvi çatlar əmələ gəlib.

“Təəssüflər olsun ki, Qrindavikdə heç kim Milad bayramını normal keçirə bilməyəcək. Biz gözləyirik ki, sakinlər öz əşyalarının bir qismini də daşımaq istəyəcəklər. Elektrik stansiyasının ətrafında baryerlərin tikintisi pis getmir. Hətta cədvəl üzrə bir az da irəlidəyik”, - deyə İslandiyanın Mülki Müdafiə Xidmətinin Baş Direktoru Vidir Reynisson bildirib.

Mənbə: Euronews