KOB-ların innovativ layihələrinin reallaşdırılmasına dövlət dəstəyi davam edir - FOTO

22
Noy
17:00
thumb_down 0
385
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha səkkiz KOB subyektinə innovativ layihələrini gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 KOB subyektinə onları innovativ layihələrindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 118-ə çatıb.

“Startap” şəhadətnamələri “Smartpost” MMC-nin ağıllı poçt qutularının istehsalı və istismarı, fiziki şəxs Davud İbrahimlinin onlayn mağazası (marketpleys), “Snackpack” MMC-nin “Axşam bazarı” mobil tətbiqi, “Helind Enerji” MMC-nin telemetrik və enerji sistemləri üçün data-loqer cihazının istehsalı və satışı, “Vvegros Azerbaijan” MMC-nin icma əsaslı onlayn alış-veriş platforması, fiziki şəxs Malik Sultanovun kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın istehsalı və satışı, “Bonpara” MMC-nin maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması və “Puzzle Tech” MMC-nin tələbələr üçün endirim platforması layihələri üçün təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlar barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: https://bit.ly/3dETJqw