Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb.
Belə ki, QAZ-31 markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.