Türkiyədə meşə yanğını: Ölənlər var

15
İyl
18:54
thumb_down 0

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.

seher.media TRT Haber-ə istinadən xəbər verir ki, meşə yanğınları ilə əlaqədar iki təyyarə, dörd helikopter, 16 su maşını, üç su təchizatı maşını bölgəyə göndərilib.

Yanğın bölgəsində itkin düşdüyü bildirilən üç nəfərin cəsədi tapılıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.