Rəsədxana direktoru vəfat etdi

21
Avq
15:54
thumb_down 0

Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev vəfat edib.

seher.media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bildirilib ki, o, 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qulu Həziyev 15 yanvar 1954-cü ildə Şahbuz rayonunun Biçənək kəndində anadan olub.

O, bir çox elmi əsərlərin və məqalələrin müəllifidir.