Bakıda qəza: Lüks maşın aşdı

21
Avq
18:18
thumb_down 0

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, qəza Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan yolda, körpünün altında qeydə alınıb.

Hadisə şahidinin sözlərinə görə, saat 16 radələrində "Land Rover RR Evoque" avtomobili digər maşına dəyərək aşıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Bakıda qəza: Lüks maşın aşdı

Bakıda qəza: Lüks maşın aşdı