Xaçmazda evdə yanğın olub

3
Dek
10:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli altı otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.