Vətəndaşların NƏZƏRİNƏ: Bakının üç rayonunda su olmayacaq

3
Dek
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının üç rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər tətbiq olunacaq.