DİN-dən Qəbələdəki görüntülərlə bağlı AÇIQLAMA

3
Dek
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videoda polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır:

“Hadisə dekabrın ikisində Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.