Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.
Belə ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edibmiş.
Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.
Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.
15:23
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
APA-nın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüblər.
Bədbəxt hadisə nəticəsində ölənlər - Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.