DSX: “Ötən ay axtarışda olan 387 nəfər saxlanılıb”

4
Dek
15:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər Dövlət Sərhəd Xidmətinin (DSX) sərhədçiləri tərəfindən saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.