Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu

4
Dek
19:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı həlak olub.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, - deyə o, paylaşımda qeyd edib.

Qusev, həmçinin Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib.