Bakının Nəsimi rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Anar Əkbər oğlu Mədətov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.