Girovların saxlanıldığı yerlərlə bağlı İsrail kəşfiyyat xidmətlərində məlumatlar var

5
Dek
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qalan girovların saxlanıldığı yerlərlə bağlı İsrail kəşfiyyat xidmətlərində məlumatlar var.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Amma dediyiniz kimi, məsələnin həssaslığına görə bu təfərrüatları bölüşmək hüququna malik deyiləm və əlbəttə ki, bu, gələcəkdə səylərimizi təhlükə altına qoyar. Amma deyə bilərəm ki, bu, əsas prioritetdir”, - deyə o əlavə edib.

Konrikus vurğulayıb ki, girovların azad edilməsi İsrailin kəşfiyyat xidmətləri, o cümlədən İsrail Ordusunun hərbi kəşfiyyatı üçün əsas prioritetdir.

Mənbə: TASS