A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bir sinifdə 10 şagird və bir müəllim qızılcaya yoluxması barədə yayılan xəbərlərə münasibət bildirib.
Liseydən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil:
“Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, məktəb üzrə indiyədək doqquz şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda və ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.
Qeyd edək ki, son günlər ölkədə qızılcaya yoluxma halları artıb.
İlhamə Əbülfət