Güneyli siyasi məhbuslardan xəbər yoxdur - FOTO

5
Dek
18:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güneyli siyasi məhbuslardan heç bir xəbər yoxdur, onlar psixoloji təzyiq altındadırlar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, milli fəalların Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi tərəfindən həbsindən üç aya yaxın vaxt keçsə də, onların öz yaxınları ilə ünsiyyət qurmasına icazə verilmir.

Siyasi fəalların hələ də təcridxanada olduqları və uzun müddətdir ki, işgəncələrə məruz qaldıqları vurğulanıb.

Qeyd edilir ki, ETTELAAT idarəsi onlara bəzi ittihamları məcburi qəbul etdirməyə çalışır.