Təhlükə ilə üz-üzə: Sakinlər piyada keçidindən niyə istifadə etmirlər? - VİDEO

5
Dek
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və bəzi bölgələrdə piyada keçidləri olduğu halda insanlar həyatlarını təhlükəyə atmaqdan çəkinmirlər.

Zaqatalada nəqliyyatın intensiv olduğu magistral yolda sakinlər azyaşlı uşaqların əlindən tutub yolu piyada keçidindən istifadə etmədən keçirlər.

İritonnajlı yük maşınlarının sürücüləri ilə yanaşı, gündəlik bu yolda hərəkət edən avtomobil sürücüləri də piyadaların yolu bu tərzdə keçmələrindən narazıdırlar.

Daha ətraflı “ATV Xəbər”in süjetində: