Dağıstanda gənc oğlan ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

6
Dek
08:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Dağıstan Respublikasının qərbində yerləşən Qızılyar şəhərində gənc oğlan çevik davranaraq son anda ölümdən xilas ola bilib.

Hadisə anbaan yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdən aydın görünür ki, yük maşını yanacaqdoldurma məntəqəsinin ərazisində telefonla danışan şəxsi vuraraq yerə yıxır və hərəkəti davam etdirir. Piyada yerdə olmasına baxmayaraq, özünü kənara atır və nəqliyyat vasitəsinin təkərləri altında qalmaqdan xilas ola bilir.

Mənbə: “Moy Derbent” “Telegram” kanalı