Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

6
Dek
08:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Haqverdi Novruzovu 77-HC-999 dövlət nişanlı BMW markalı avtomobil vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər piyadanın ağır vəziyyətdə olduğunu bildiriblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.