Yevlaxda uşağı siçan dişləyib - VİDEO

6
Dek
09:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda 4 yaşlı uşağı siçan dişləyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Hürüaşağı kəndində qeydə alınıb.

Kənd sakini, uşağın valideyni Nuranə Şabanova iddia edib ki, gecə saatlarında uşaq ağlayaraq yuxudan oyanıb. Daha sonra ana övladının burnunun yaralandığını görüb.

Kənd sakini bildirib ki, yaşadıqları ev köhnə olduğundan orada siçovullar çoxdur. Hətta onun 7 yaşlı qız övladına da zərər yetiriblər. Zərərvericilərdən qorunmaq üçün onlar mənzilin müxtəlif yerlərinə xüsusi vasitələr qoyaraq siçanları məhv etməyə çalışırlar.

Məsələ ilə bağlı Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, siçan dişləməsi ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Kənd sakini vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etməlidir və ziyanvericilərə qarşı tədbirlər görülməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: